Sosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın vəfat etdiyi barədə məlumat yayılıb.
SHOWNEWS.AZ modern.az-a istinadən bildirir ki, mənbəyi bilinməyən xəbərin sosial şəbəkələrdə çoxlarının ciddi adamlar kimi tanıdığı şəslər tərədindən tirajlanması çaşqınlığa səbəb olub.
Məlumatı dəqiqləşdirmək üçün Biləsuvar rayonunun deputatı Bəhruz Məhərrəmovun köməkçisi Nazir Məşədikərimli ilə əlaqə saxlanılıb. O, xəbərin yalan olduğunu bildirib:
"Milli Qəhrəmanın anasının dünyadan köçməsi haqqında informasiya yalandır. Şamama xanım həyatdadır. Artıq bu məsələ araşdırmaya verilib".
Xatırladaq ki, Mübariz İbrahimovun anasının bundan öncə də ölüm xəbəri yayılmış və təkzib edilmişdi.