Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Daha 1 şəhidimizin övladı dünyaya gəldi

Daha 1 şəhidimizin övladı dünyaya gəldi

Vətən müharibəsi şəhidi Vüsal Hüseynovun övladı dünyaya gəlib.  
SHOWNEWS.AZ "Report"a istinadən xəbər verir ki, körpəyə şəhidin vəsiyyətinə uyğun olaraq babası Nadirin adı qoyulub.  

Şəhidin övladı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gəlib.  

Qeyd edək ki, şəhid Vüsal Nadir oğlu Hüseynov 1991-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində doğulub.  
Ölümündən sonra Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.