İyunun 8-də, səhər saat 06:00-dan şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, sözügedən tarixdən 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də ləğv olunur:
“Bir daha bütün şəhər sakinlərinə məhdudiyyətlərin tətbiq edildiyi günlərdə göstərdikləri anlayış üçün təşəkkür edirik”.