Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

8-ci sinif sagirdini 35 yaşlı kişi ilə nişanladılar - AZƏRBAYCANDA

8-ci sinif sagirdini 35 yaşlı kişi ilə nişanladılar - AZƏRBAYCANDA

Masallı rayonunda 15 yaşlı qız özündən 20 yaş böyük kişi ilə nişanlanıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Bədəlan kənd sakini, 8-ci sinif şagirdi olan qızla 35 yaşlı Seymur adlı kişi üçün nişan mərasimi keçirilib. Mərasim mayın 5-də Lənkəran şəhərindəki istirahət mərkəzlərindən birində baş tutub. Rusiya vətəndaşı olan Seymurun orada yaşayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilir. Dərs ili başa çatandan sonra isə cütlüyün evlənərək Rusiyaya köçəcəyi qeyd edilir.

Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının sədri Aybəniz Qafarova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin ailə ilə görüşüb və 15 yaşlı qızla söhbət edib: “Biz əvvəl elə bildik qızı məcbur edirlər, mən onunla danışdım. Qız deyir ki, oğlanı evimizin qabağından keçəndə görüb sevmişəm. Onu heç kimin məcbur etmədiyini dedi. Oğlanın yaşının onunkundan çox olmasını da izah etdim, hələ yaşının az olduğunu, bir neçə il sonra marağının azalacağını da danışdım. Ailəni də, qızı da xəbərdar etdim ki, 18 yaşa kimi evlənmək, nikaha daxil olmaq olmaz, qanun qadağan edir. Qız oğlanı sevdiyini, indi sadəcə elçilik etdiklərini, buna görə də 3 il gözləyəcəyini dedi”.

 

A.Qafarova qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib: “Dövlət Miqrasiya İdarəsinə və Sərhəd Xidmətinə də onların birgə ölkədən çıxa biləcəkləri barədə xəbərdarlıq etmişik. Hər gün də ailə və onların yaxınları ilə əlaqə saxlayırıq”.