Baş Prokurorluq 9 yaşlı qıza atası tərəfindən işgəncə verilməsi ilə bağlı araşdırmaya başlayıb.
Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı M.Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır.
Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Məlumata görə, R.Vəliyev və T.Rzayevə qeyri-rəsmi şəkildə 10 il birgə yaşayıblar. İddia olunur ki, T.Rzayeva işgəncələrə dözməyərək Moskvaya gedib, 9 yaşlı qızı isə atası Raufla qalıb.