Bu gündən etibarən idman zalları da açılır.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
İdman zallarında tibbi maskadan istifadə tələb olunmayacaq.
Eyni zamanda Bu gündən etibarən Azərbaycanda dini ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək.
İdman zalları və məsçidlərə yalnız COVİD-19 pasportu və immunitet pasportu olan şəxslər buraxılacaq.
Dini ibadət yerləri eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən çox olmamaqla işləyəcək.
Qeyd edilir ki, bu say ümumi olaraq 50 nəfərdən çox olmamalıdır.
Həmçinin iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir. "Mall"arda tibbi maskadan istifadə mütləqdir.