Ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağan edilib.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə "Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də deyilir.
Sənədə əsasən, kosmetika və ətriyyat satışı zamanı nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır.
Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti zamanı müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.