Mübariz Ağakərim oğlu İbrahimov 1988 ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.
Mübariz 2005-ci ildə hərbi xidmətə çağrılıb. Xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlayıb. Xidməti zamanı çavuş rütbəsi alıb və xidmətini 2007-ci ildə bitirib.
Bir müddət mülki işlərdə işlədikən sonra 2008-ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb. O, 2009-cu ilin avqustunda valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.
O, 2010-cu ilin aprelində Tərtər rayonu istiqamətində N saylı hərbi hissədə xidmətə başlayır. Həmin ilin 18 iyununda gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür.
Mübariz İbrahimov iyunun 18-də səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.
Ruhu şad olsun!