CCN TÜRK-ün müxbiri Fulya Öztürk haqda çəkiləcək film geniş müzakirələrə səbəb olub.
Bu filmə etiraz edənlərdən biri də Turan İbrahimovdur. Turanın fikirlərini olduğu kimi təqdim edirik:
"Türkiyəli həmkarımız Fulya Öztürk əslində heç bir fədakarlıq etməyib. Gördüyü iş ona çalışdığı media qurumu tərəfindən göstərilmiş böyük etimad idi. O da etimadı yüksək peşəkarlıqla doğruldub. Qarşılığında da gözəl maaş, əlavə bonus, mükafatlar alıb.
Bəli, gözəl reportyorluq keyfiyyətləri, üstəlik də yaxşı artistizmi var. Məhz, artistizmidir onu xüsusi edən. Və təbii ki, həm də özünəməxsus, xoş xarici görünüşü. Demək istədiyim odur ki, Fulya xanım haqqında çəkiləcək film nədir, nə üçündür bilmirəm, amma məncə, yersizdir. Həm də çox yersiz...".