Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə yanğın olub.
SHOWNEWS.AZ-a açıqlama verən bina sakinləri yanğına səbəb kimi qeyd olunan ünvanda kirayə yaşayan 6 qızın içkili halda səhlənkarlığı olub. Belə ki, qazın üstündən asılan parça alovlanıb. Və bütün evin yanmasına səbəb olub. Qızlar isə içkili halda yatıb.
Yanğını isə qonşular görüb və qapını döyərək qızları oyadıblar.
Qeyri-rəsmi məlumata görə, həmin ünvanda kirayədə qalan qızlar hazırda polis bölməsindədirlər.
Yanğının hansı səbəbdən baş verməsi haqda isə hələ rəsmi açıqlama yoxdur.