İlin ilk isti dalğasını yaşadıq. Lakin daha isti iyul və avqust ayları bizi gözləyir.
Bunu Trend-ə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, bu gündən şimal küləyi isti cənub küləyini əvəz edib. Havanın temperaturu dünənə nisbətən tədricən 2-3 dərəcə aşağı enir:
"Sabah daha küləkli hava şəraiti müşahidə olunacaq və havanın temperaturu nəhayət öz iqlim normasına yaxınlaşaraq, 34 dərəcədən yüksək olmayacaq. Lakin bilməliyik ki, həm iyulda, həm də ilin ən isti ayı olan avqustda belə isti dövrlər proqnozlaşdırılır".