Azərbaycanlı idmançı Türkiyədə MUAY THAİ Federasiyasında işə başladı FOTOLAR
Azərbaycanın idman ustası Mirzə Məmmədova Türkiyənin MUAY THAİ Federasiyasından iş təklifi gəlib. SHOWNEWS.AZ xəbər verir ki, həmyerlimiz iş təklifini müsbət qarşılayıb və Türkiyəyə yollanıb.
Bundan sonra Mirzə Məmmədova "Avşar Spor Klubu"nun məşqçisi kimi işə başlayıb və idmançımıza klubun məşqçi vəsiqəsi təqdim edilib.
M. Məmmədov "Avşar Spor Klubu"nun idmançılarının Avropa və Dünya yarışlarından öncə onların hazırlıqlarında iştirak edəcək.
Qeyd edək ki, M.Məmmədova bu təklif klubun prezidenti Ali Çapan tərəfindən gəlib.