Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Koronavirus kişi sonsuzluğuna səbəb olur

Koronavirus kişi sonsuzluğuna səbəb olur

Koronavirusa yoluxan insanlarda bir çox xəstəliklərin müşahidə olunduğu hər kəsə məlumdur. Bəs bu virus kişi sonsuzluğuna səbəb olurmu?

 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, koronavirusun hədəflərindən biri də ACE2 (Angiotensin-converting enzyme) molekuludur. Tədqiqatlar göstərir ki, kişilərdə cinsi orqanda olan hüceyrələrin ACE2 özəlliyi yüksəkdir. Normal şərtlərdə qan və orqan arasında, xüsusilə də mikroblar və dərmanlar üçün maneə rolunu oynayan bir təbəqə var. Bu təbəqə kişiləri bir çox mənfi hallardan qoruyur. Lakin bəzi viruslar (məsələn, ZIKA, hepatit virusları, HİV) bu baryeri keçə bilir. Nəticədə, cinsi orqanda  SARS-COV2 mikrobu da daxil olmaqla bəzi virus xəstəliklər müşahidə edilə bilər. Bu da orqanın funksiyasına mənfi təsir göstərəcək.

ACE2 xüsusiyyəti fərqli yaşlarda və fərqli miqdarda müşahidə olunur. 30 yaşdan yuxarı kişilərdə daha yüksək olduğu halda, 60 yaşdan yuxarı kişilərdə isə azalır. Bu səbəbdən də gənclər bu xəstəlikdən daha çox təsirlənir. Virus orşit adı verilən iltihablanmanı oyada bilər.

Orqan təkcə sperma deyil, həmçinin kişi hormonu olan testosteron istehsal edir. Tədqiqatlar göstərir ki, yoluxan şəxslərdə testosteron istehsalında ciddi dərəcədə azalma müşahidə olunur. 

Bu, kişilərdə cinsi istəyə və libidoya mənfi təsir göstərir. Sonrakı dövrlərdə cinsi funksiyanın pozulmasına səbəb ola bilir. Əslində bu xəstəlik geniş yayılmış laxtalanma ilə irəlilədiyi üçün cinsi orqan damarlarında tromboz adlanan tıxanmaya səbəb ola bilər.

Tədqiqatlar çox az sayda yoluxan kişi tərəfindən cinsi yolla yoluxmanın yarana biləcəyini ehtimal edir. Lakin xüsusilə PCR testi ilə aparılan işlərdə, xəstə olan və ya xəstəlikdən qurtulan şəxslərin sperma nümunələrində virus aşkarlanıb.

Mövcud elmi məlumatlarda virusun spermanın özəlliklərinə hər hansı dəyişikliyə yol açması ilə bağlı sübut yoxdur. Amma virusa yoluxduqdan sonra kişilərdə cinsi istəyin azalması halları müşahidə edilib.