Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Abşeronda avtomobil ana və 2 azyaşlı övladını vurdu

Abşeronda avtomobil ana və 2 azyaşlı övladını vurdu Abşeron rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.   "Report"un məlumatına görə, hadisə Abşeron rayonunda qeydə alınıb.   Avtomobil Ceyranbatan qəsəbəsində yolu keçən 1981-ci il təvəllüdlü Məhərrəmova Xuraman Feyruz qızını və onu 2 azyaşlı övladları 2014-cü il təvəllüdlü Hüseyinli Kamal Kalam oğlu və 2020-ci il təvəllüdlü Hüseynli Yüsif Kalam oğlunu vurub.   Hər üç yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.   Hadisənin təfərrüatı Abşeron rayonu Polis idarəsində araşdırılır.