Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində daha bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mənzil təqdim edilənlər arasında Vətən müharibəsi şəhidlərinin ailələri və Vətən müharibəsi əlilləri də var.
Mənzillər tam təmirli təqdim olunur.