Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Araz" radio və "Space"in YAYIMI DAYANDIRILDI

"Araz" radio və "Space"in YAYIMI DAYANDIRILDI

İyulun 12-də Milli Televiziya və Radio Şurasının onlayn formatda iclası keçirilib.

MTRŞ-dan verilən xəbərə görə, iclasda 25 iyun-9 iyul tarixlərində ümum-ölkə radio kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

 

İyunun 30-da “Araz” radio kanalının efirində saat 13.00-14.00 arası müddətdə 5 dəqiqə 30 saniyə sponsor reklamının yayımlanması ilə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulub. Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq “Araz” radio kanalının efirində 18 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, iyulun 1-i “Space” radio kanalının efirində saat 08.00 -09.00 arası müddətdə 5 dəqiqə sponsor reklamının yayımlanması ilə “Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulub. Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” radio kanalının efirində iyulun 17-də proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul edib.