 
                                    
                        Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək.
Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində dörd avtobus xidmət göstərəcək.
Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.
Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.
 
             
                     
                     
                     
         
             
             
             
             
             
             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            



