Baku TV Hacı İbrahimlə əlaqə saxlasa da, o, şikayətçini tanımadığını bildirib.
Qeyd edək ki, “Korrupsiyaya son” MMC-nin təsisçisi və direktoru İsmayılov İbrahim Vaqif oğludur. O, 2010-cu ildə “Bakısərnişinnəqliyyat” MMC-nin əməkdaşını şantaj etdiyinə görə saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 29, 178.2.1 və 310-cu maddələri ilə cinayət işi qaldırılıb.
Şəhid ailələrinə müraciət edərək onların övladları barədə məlumat hazırlayacaqlarını deyən və həmin ailələrdən bunun qarşılığında pul tələb edən “Şəhid” TV də görünür ki, bu qəzetə məxsusdur. Və bu kanalın direktor isə Vüqar Abbasovdur. O, Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.