Gənc aktrisa Lalə Süleymanova "Bolt" taksi sürücüsü tərəfindən qeyri-etik hərəkətlə qarşılaşdığını iddia edib.
SHOWNEWS.AZ xəbər verir ki, xanım bunla bağlı sosial şəbəkədə yazıb və polisə şikayət etdiyini deyib. Aktrisanın sözlərinə görə, taksi sürücüsü ona seksual xarakterli hərəkətlər edib:
"Bolt”, artıq potensial təcavüzçülərlə işlədiyinizi bilmirdim. Sizə nə vaxt zəng edilir, açmırsınız. Sizin taksi sürücünüz tərəfindən gözləri, sözləri ilə qeyri-etik halla rastlaşmışam. Taksidə səsimi çıxartmamağım qorxumdan idi. Bilmirdim sürücünüz nə edəcək. Hazırda polisə bunla bağlı məlumat vermişəm. Şikayət ərizəsini də yazacam. Heç olmasa bu dəfə işinizi düzgün görün".
Məsələ ilə əlaqədar Axşam.az-a açıqlama verən L.Süleymanova bildirib ki, hadisə ötən gün axşam saat 8-də yaşanıb:
"17-ci polis bölməsindən zəng etdilər, hadisə ilə maraqlandılar. İndi valideynimlə birlikdə şikayət ərizəsi yazmağa yollanıram”.