Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ət yediyinə görə ayağı kəsildiyi deyilən pişiklə bağlı - POLİSDƏN AÇIQLAMA

Ət yediyinə görə ayağı kəsildiyi deyilən pişiklə bağlı - POLİSDƏN AÇIQLAMA

Sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzində kafelərin birində pişiyin bir ayağının kəsilməsini əks etdirən video tirajlanmaqdadır. Heyvanın ət yediyinə görə kababçı tərəfindən balta ilə ayağının kəsildiyi iddia olunur.

Sözügedən məsələ ilə bağlı DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, kababçının pişiyin ayağını kəsməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil:

“Araşdırmalarla bu təsdiqini tapmayıb. Həmin pişik bir müddət öncə həmin kafeyə bir gözü kor vəziyyətdə gətirilib və o gündən həmin pişiyə orada xüsusi qulluq olunub. Kafedə kabab bişirilən vaxt pişik manqala tullanıb, nəticədə manqalın üzərində olan maşa onun ayağına düşərək kəsib. Obyektdə heyvana qarşı hər hansı qəsd, işgəncə faktı olmayıb.”

 

Hacıyevin sözlərinə görə, iş üzrə inzibati qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi təmin olunacaq: “Qərarının nəticəsindən asılı olaraq, iş üzrə inzibati qanunvericilyə uyğun şəkildə tədbir görüləcək.”

Polis mayoru onu da əlavə edib ki, kafenin sahibi pişiyin bütün müalicə xərclərini üzərinə götürüb.