Xəbər verdiyimiz kimi, gənc aktrisa Lalə Süleymanova Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, aktrisanın şikayəti əsasında Xəyyam adlı taksi sürücüsü 17-ci Polis Bölməsinə çağırılıb.
“Polis əməkdaşları Xəyyam adlı sürücünü tapıb bölməyə gətirdilər. O, məndən üzr istədi. İzahatımı, şikayətimi diqqətə alıb, həmin şəxslə bağlı istintaq başladıldı.
O sürücünün qanun çərçivəsində cəzasını alacağına artıq əminəm”, - aktrisa instaqram hesabında yazıb.