Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk səhifəsində məlumat verib.
Onun sözlərinə görə, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb: “Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə”.
Qeyd edək ki, daha öncə Sumqayıt və Ucarda körpələr küçəyə atılmışdı.