Bakıda dustaq məhkəmədən qaçıb.
SHOWNEWS.AZ xəbər verir ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb.
1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib.
O, prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və nəzarətsiz qalmasından istifadə edərək qaçıb.
Beş gün öncə məhkəmə zalından qaçan dustaq artıq saxlanılıb.
Məlumatı DİN Mətbuat xidmətindən təsdiqləyiblər.