Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

2 milyon dollarlıq iynə SMA Tunara vuruldu

2 milyon dollarlıq iynə SMA Tunara vuruldu

SMA xəstəsi olan Tunar Bağırovun sağalması üçün lazım olan iynə ona vurulub. 

Bu haqda AZXEBER.COM-a Tunarın anası Səbinə Əliyeva məlumat verib.  

O bildirib ku, Tunara müalicə aldığı ABŞ-ın Boston şəhər xəstəxanasında "zolgensma" iynəsi vurulub.

Səbinə Əliyeva hər kəsə təşəkkür edib:

 

"Tunarın iynəsi vurulub, dərman damar vasitəsilə qəbul edilir. 

 

Gözünüz aydın olsun. Neçə ay idi ki, bunun üçün çalışırdıq. Bununla da bitdi, iynə həyəcanı geridə qaldı. Bundan sonra idmanlar, lazımi müalicələr davam edəcək. İynə öz təsirini qarşıdakı illər ərzində göstərəcək. Sadəcə bu iynə üçün neçə ay idi ki çalışırdıq. Çox şükür ki, Tunarın kampaniyası Ramazan bayramında bitdi. 

 

Qurban bayramında gəldik, Qədir-Xum bayramında da iynəsi vurulur. İnşallah düşərli olar. 

 

Allah Tunar üçün dəstək olan, yardım edən hər kəsin köməyi olsun. Bu günə yaxşı insanların sayəsinə gəldik. Mehriban xanım Əliyevanın, ölkə başçısının xüsusi dəstəyi oldu, məbləğin tamamlanması üçün yardım etdirlər, onlar sağ olsun. Bütün kömək edənlərə təşəkkür edirəm".

 

Xatırladaq ki, bir yaşlı Tunar Bağırov I növ onurğa amiotrofiyasından (Werding-Hoffmann xəstəliyi) əziyyət çəkirdi. Onun sağlamığına qovuşması üçün "Zolgensma” gen terapiyası preparatına ehtiyac var idi. Bu iynənin bir infuziyası təxminən 2,125 milyon dollara başa gəlir.