Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Gipsin pulunu verə bilmədikləri üçün əvvəlcə xəstəni girov saxladılar, sonra gipsi sökdülər - BAKIDA BİABIRÇILIQ

Gipsin pulunu verə bilmədikləri üçün əvvəlcə xəstəni girov saxladılar, sonra gipsi sökdülər - BAKIDA BİABIRÇILIQ

Leyla Şıxlinskaya Klinikasında biabırçı hadisə yaşanıb. 
SHOWNEWS.AZ xəbər verir ki, peyvənd olunmaq üçün klinikaya gələn vətəndaş Eyvazova Nərgizin ayağı klinikanın girişində burxularaq sınıb. Xəstəxanada dərhal xanıma yardım olunub.

Əvvəlcə rentgen olunub xəstə 45 manat ödəniş edib  Sonda isə hesab gəlib ki, gips edildiyi üçün bu xidmətə görə 178 manat kassaya mədaxil edilməlidir.

Pasientin üzərində pul olmadığı üçün klinika əvvəlcə onu girov saxlayıb. Lakin o qədər imkanının olmadığını bildirdikdə klinikanın həkimləri ayağı sınan xəstənin gipsini söküb.
Bu haqda Nərgizin qardaşı Eyvazov Fərəc Xəbərçi.az-a danışıb.
O, hətta əlavə edib ki, klinika əslində ikinci doza peyvənd olunması üçün getsələr də, pullarının olmaması səbəbindən onlara peyvənd də vurulmayıb və onları klinikadan qovublar.