“Tiktok” sosial şəbəkəsində qeyri-etik ifadələr işlədən qadının şəxsiyyəti məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, onun Bakının Nəsimi rayonunda kirayə yaşayan, 1988-ci il təvəllüdlü Anarə Natiq qızı Valehova olduğu müəyyənləşib.
Həmin şəxs polis orqanına dəvət olunub və onunla aparılan sorğu zamanı A.Valehova qeyri-etik ifadələr səsləndirdiyinə görə peşman olduğunu bildirərək üzr istəyib.
Bakı Şəhər Baş Polis İdarəsində A.Valehova barəsində araşdırmalar davam etdirilir.