Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır” deyən Hacı Surxaya Elşad Miridən CAVAB

“Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır” deyən Hacı Surxaya Elşad Miridən CAVAB

Xəbər verdiyimiz kimi din xadimi, İçərişəhər "Cümə” məscidinin axundu Hacı Surxay bildirib ki, Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır.

Din xadimi bu fikirlərin onun subyektiv fikri olduğunu bildirib. Bəs dində bu haqda məlumat varmı?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən ilahiyyatçı Elşad Miri onun fikirlərini təkzib edib və Hacı Surxayın dediklərinin psixoloji problemdən qaynaqlandığını bildirib: "Bunu demək Allahlıq iddiasıdır. Çünki Allah deyir ki, dini bəhanə edib nəyin halal, nəyin haram olduğunu deməyin. 

Hacı Surxay misal gətirir ki, Məhəmməd Füzulinin bir beyti var. Məhəmməd Füzulinin bu mövzu ilə əlaqəli bir yox, min beyti ola bilər.  Onun özünün Osmanlı ilə problemi olub. Yəni Füzuli şairdir, düşüncə insanıdır. Amma onun bir sözünü İslamla əlaqələndirib təqdim etmək onun dini düşüncələrinin dar  olması ilə əlaqədardır”. 

E.Miri peyğəmbərin dönəmində belə heç kimin nəyisə halal, nəyisə haram  buyurmaq haqqına sahib olmadığını bildirib: 

 

"Orada belə bir söz işlədir ki, ərəb ölüb ona görə yas saxlayırıq. Faktiki olaraq bəli, İmam Hüseyn ərəb olub. Bunu heç kim inkar edə bilməz. Mən həmişə deyirəm, İmam Hüseyni sevmək onun kimi yaşamaqdır, haqsızlığın qarşısında etiraz etməyi bacarmaqdır. Yoxsa İmam Hüseynin adından biznes qurmaq deyil. Bu gün Səudiyyə Ərəbistanında-Quranın nazil olduğu bölgədə Məhərrəm ayında toy edib-etməmək heç bir zaman müzakirə olunmur. Çünki orada belə bir anlayış yoxdur. Bu, Peyğəmbərin dövründə belə olmayıb. Peyğəmbərin özünün belə halal və ya haram qoymaq səlahiyyəti olmayıb”.