Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“1500 il əvvəl qan su yerinə axıb, bunlar da həmin insanların yasını tutur” - Xeyrəddin Qoca

“1500 il əvvəl qan su yerinə axıb, bunlar da həmin insanların yasını tutur” - Xeyrəddin Qoca

Tanınmış din xadimi Hacı Surxayın ötən gün Məhərrəm ayında toy edənləırin xoşbəxt olmayacağına dair verdiyi açıqlama etirazlara səbəb oldu. Hacının fikirləri tənqid olunmaqda davam edir.

Sabiq deputat, yazıçı, publisist Xeyrəddin Qoca da məsələylə bağlı Yenisabah.az-a açıqlama verib:

“Hacı Surxayın yeri Zaurun verilişidir. O, ancaq elə yüngül verilişlərdə yer ala bilər. Hacı Surxay din alimi deyil, din elmini də bilmir. Yeni evlənən cütlüklərə "xoşbəxt olun" deyərlər, xoş arzular diləyərlər. Hacı deyir ki, bədbəxt olacaqlar. Mən də deyirəm ki, əksinə, onlar xoşbəxt olacaqlar.

1500 il əvvəl qan su yerinə axıb, bunlar da həmin insanların yasını tutur. İmamların yasını tutanların çoxu atasının məzarının harda yerləşdiyini bilmir. Biz müqəddəslərimizə hörmət etməliyik. Lakin bu o demək deyil ki, 1500 il bundan öncə baş verən hadisələrə yas saxlayıb bədənimizi döyəcləməliyik. Dünyanın bütün ölkələrində Məhərrəm ayında toy edirlər. Hacının sözləriindən belə çıxır ki, onlar bədbəxt olacaqlar? Bu çox mənasız, savadsız fikirdir. Belə məntiqsiz fikirlərə görə insanlar mollalara inanmır.

Sizə bir misal çəkmək istəyirəm. Bir yasa dəvət olunmuşdum. Həmin yas yerində bəlkə də ən savadsız adam mən idim. Çünki orada iştirak edənlər alimlər, professorlar, akademiklər idi. Molla əlinə mikrofon götürüb, boğazının qalın yerinə salıb başladı nağıl danışmağa. Deyirdi ki, “Çanaqqala döyüşü zamanı bir əsgər həyatını itirmişdi. Tüfəngi əlində qalmışdı. Leytenantdan tutmuş generala qədər hər kəs bir-bir yaxınlaşıb ölmüş əsgərə əmr eləyirdi ki, “əsgər, burax tüfəngi” ölmüş əsgər buna qulaq asmır, tüfəngi əlindən buraxmır. Əfəndi (molla) gəlib hamıya deyib ki,”özünüzü yormayın, gərək əsgərə mən əmr verim ki, tüfəngi buraxsın. Molla əsgərə əmr verir “əsgər burax tüfəngi” Guya əsgərin əli boşalır, tüfəng yerə düşür”. Bax budur mollaların bizə söylədiyi moizələr!

Xeyrəddin Qoca Məhərrəm ayını, Aşuranı heç vaxt qeyd etmədiyini, lakin bu mərasimlərə hörmətlə yanaşdığını qeyd edib:

“Məhərrəmlikdə bədəndən qan çıxartmaqla olmur. Əgər Məhərrəmlik dini mərasimdirsə, elə dini mərasim kimi də keçirilməlidir. Quranda, ümumiyyətlə dində qan axıtmaq cinayətdir, günahdır. Lakin insanlar zəncirlə baş, gözlərini partladırlar. Kimin qanı çox axsa elə bilir daha çox savab qazanır.

Pandemiyaya görə Məhərrəm ayını ümumiyyətlə sakit formada, sosial tələblərə əməl etməklə keçirmək lazımdır”.