“Xırdatutumlu ticarət obyektlərində, yəni kiçik marketlərdə hansısa COVID pasportu tələb olunmur. Yalnız iri ticarət mərkəzləri və iaşə obyektlərində bu pasport tələb ediləcək. Bununla bağlı Nazirlər Kabinetinin qərarı var”.
SHOWNEWS.AZ xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O qeyd edib ki, eyni zamanda metroda da risk təhlükəsi yoxdur: “Metroya giriş sərbəstdir. Vaksinasiya ilə bağlı sənəd tələb olunmur”.