Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"On dörd əsrdi nəyin haram, nəyin halal olduğuna qərar verə bilməmisiz"

"On dörd əsrdi nəyin haram, nəyin halal olduğuna qərar verə bilməmisiz"

Yazıçı Aysel Əlizadə sosial şəbəkədə müzakirələrə səbəb olan paylaşım edib. O, İsman dini adı altında dinlarlarımızın bəzi mövzuları mütəmadi olaraq müzakirəyə çevirməsini tənqid edib və ziyarətgahlardan yığılan pulların hesabını soruşub.

 

SHOWNEWS.AZ  Aysel Əlizadənin fikirlərini olduğu kimi təqdim edir:

"Din xadimlərinə məktub.

Hörmətli din xadimləri, siz artıq ciddi mətləblərə keçin. Həcc ziyarətinə axan pulların hesabını sorun, hara, kimlərin cibinə gedir o fantastik paralar, niyə müsəlman uşaqlarının təhsilinə, İslam dünyasında elmə, texnologiyaya, mədəniyyətə yatırılmır, bunları xəbər alın. Qadın qaş alsınmı, almasınmı, Ramazanda çimmək olar, olmaz, Məhərrəmlikdə gülmək qadağandı, ya yox tipli sualları buraxın artıq. On dörd əsrdi nəyin haram, nəyin halal olduğuna qərar verə bilməmisiz. Əl çəkin daha insanlardan, onları Allahları ilə təkbətək buraxın, hər kəs qəlbinin səsi ilə yaşasın. Adamları neqativə kökləməyin, ağlaşmaya, bədbəxtliyə sürükləməyin. İmkan verin bu din işıqlı bir çalar alsın, sevinc, rahatlıq gətirsin. Din maqnatlarından tələb edin ziyarətgahlara yağış kimi tökülən vəsaitləri müsəlmanların inkişafına yatırsınlar. Bir stul, bir televizor, bir kompüter icad etməyən İslam dünyasının bədbəxtlikdən, səfalət və cəhalətdən qurtulması üçün çalışın. İnsanların gülməyə, sevinməyə, ümidə, işığa ehtiyacı var. Çəkilin artıq, Günəşin önünü kəsirsiz".