Azərbaycanda artıq koronavirusun üçüncü dalğası başlayıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə səhiyyə nazirinin birinci müavini Teymur Musayev "Real TV"də yayımlanan “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində deyib.
Nazir müavini qeyd edib ki, koronavirusla mübarizə üçün ölkədə yetəri sayda çarpayı fondu, dərman vasitələri və mütəxəssislər mövcuddur.