Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Əks göstəriş sertifikatı” allergiya xəstələrinə verilmir - RƏSMİ

“Əks göstəriş sertifikatı” allergiya xəstələrinə verilmir - RƏSMİ

Allergik reaksiyalar COVID-19 əleyhinə peyvəndlənmənin aparılmasına əks göstəriş deyil.

Bunu Bizim.Media-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev əks göstəriş sertifikatının verilməsində yaradılan süni əngəllərlə bağlı məsələdən danışarkən deyib.

Onun sözlərinə görə əks göstəriş əvvəllər qəbul olunmuş digər peyvənd və ya zərdablara qarşı allergik reaksiyaların, peyvəndin tərkibinə daxil olan komponentlərə qarşı ağır anafilaktik reaksiyaların olmasıdır:


“Peyvəndlər və ya inyeksiya şəklində olan dərman preparatları ilə bağlı olmayan digər allergik reaksiyalar COVID-19 əleyhinə peyvəndlənmənin aparılmasına əks göstəriş deyil. Allergik xəstəliyin kəskinləşməsi peyvəndlənmənin aparılmasına müvəqqəti əks göstərişdir. Xəstəliyin kəskin əlamətlərini aradan qaldırmaq və remissiya dövründə peyvəndlənmək lazımdır”,-deyə nazirlik rəsmisi əlavə edib. 

Qeyd edək ki, avqustun 9-dan etibarən “əks göstəriş sertifikatı”nın verilməsinə başlanıb.

Bununla bağlı qaydalarda qeyd olunub ki, sertifikatı yalnız hamilə qadınlar, süd verən analar, COVID 19-a qarşı peyvəndə allergiyası və ümumiyyətlə allergiya xəstəliyindən əziyyət çəkən şəxslər əldə edə bilərlər. 

Səhiyyə Nazirliyinin məlum açıqlamasına görə isə “əks göstəriş sertifikatı”nın verilməsi allergiyalı xəstələrə deyil, yalnız peyvənd növlərinə qarşı həssaslığı olanlara aiddir.