Bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan bir saatı dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursunun tədrisinə veriləcək.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə məlumat təhsil naziri Emin Əmrullayevin imzaladığı ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planında əksini tapıb.
Sənədə əsasən, tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.