“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, Məmmədova Arzu Mövlud qızı koronavirus xəstəliyindən həyatını itirib.
54 yaşlı rejissor AzTV-nin Ədəbi-dram və folklor verilişləri Baş redaksiyasında çalışıb.
Sözügedən reaksiyanın rəhbəri, tanınmış jurnalist Azər Qismət A.Məmmədovanın həyat yoldaşının da koronavirusdan komada olduğunu bildirib.