Gələn ilin əvvəlindən heyvanların vaksinasiyasına başlanılacaq.
Trend bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin rəisi Mirzə Əliyev deyib.
O bildirib ki, artıq gələn ildən vətəndaşlar aldıqları ətin təhlükəsizliyi barədə kəsim və satış məntəqələrində tanış ola biləcək: "Heyvan və ya ət satan şəxsə həmin heyvanın vaksin olunması barədə məlumatlar veriləcək, ət alan vətəndaş da kəsilən heyvanın sağlam olub-olmadığını biləcək".