“Dövlət məktəblərində 85 626 sinif var”.
SHOWNEWS.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərkən deyib.
O bildirib ki, onlardan 57 faizində şagird sayı 20-dən azdır:
“23 faizində şagird sayı 21-25 nəfərdir. Cəmi 311 sinifdə şagird sayı 40 nəfərdən çoxdur. Bu da 0,4 faizdir. Ona görə də bir partada bir şagird əyləşməsi ilə bağlı məcburiyyət yoxdur”.