Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Türkiyə universitetlərinə qəbul olan TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

Türkiyə universitetlərinə qəbul olan TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkənin universitetlərinə 2021-2022-ci tədris ilində qəbul olunmuş Azəraycan vətəndaşlarına müraciət edib.

Müraciətdə bildirilir ki, Azərbaycan vətəndaşları pasport və biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət edə bilirlər.

“Bildiririk ki, şəxsiyyət vəsiqəsinin Türkiyəyə sərhədkeçmə sənədi kimi istifadə olunması yalnız turistik səyahət üçün nəzərdə tutulub.

 

Türkiyə ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan vətəndaşları, o cümlədən tələbələr bu dövlətdə yaşamaq icazəsi almaq üçün Türkiyəyə pasportla giriş etməlidirlər.

Qeyd edilənləri nəzərə alaraq, Türkiyəyə təhsil almağa gələn vətəndaşlarımızın bu dövlətə pasportla giriş etmələri çox vacibdir”, - məlumatda qeyd olunur.