Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

DYP-dən bazar müdirinin polislər tərəfindən təzyiqə məruz qalması iddiaları ilə bağlı AÇIQLAMA

DYP-dən bazar müdirinin polislər tərəfindən təzyiqə məruz qalması iddiaları ilə bağlı AÇIQLAMA

Baş Dövlət Yol Polisi İdarəsi polislər tərəfindən təzyiqə məruz qaldığını, spirtli içki qəbul etmədiyi halda bu səbəbdən saxlanıldığını iddia edən bazar müdiri barədə açıqlama verib.

 

"Oxu.az" xəbər verir ki, polkovnik-leytenant Namidan Piriyev bildirib ki, sürücü Kamran Axundov hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb:

 

"Sürücüyə pozduğu qanun haqqında məlumat verilsə də, o, özünə haqq qazandırıb. Özünü Xırdalan bazarının müdiri kimi təqdim edən Kamran Axundovu polis əməkdaşları alkoqol şübhəsi ilə saxlamış olsaydı, o zaman onun spirtli içki qəbul edib-etmədiyini alkotester vasitəsi ilə müəyyən etmiş olardılar. Lakin sürücü polis əməkdaşları tərəfindən tibbi müayinəyə aparılmayıb. Həmin sürücü barəsində kəmər taxmadığına görə inzibati xəta haqqında protokol tərtib olunub”.

 

N.Piriyev qeyd edib ki, polis əməkdaşları sürücüyə qarşı nalayiq ifadə işlətməyiblər, onun iddiası tamamilə əsassızdır.