Daxili İşlər Nazirliyi (DİN) Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında yaranmış insidentə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev AZXEBER.COM-a bildirib ki, həmin zaman polis əməkdaşları vətəndaşı döyməyiblər.
"Polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır”.
E.Hacıyev əlavə edib ki, videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil: "Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb”, - deyə Elşad Hacıyev bildirib.