Ötən gün şəhidlərin anım gününü ölkə olaraq yas içində keçirdik. Şəhidlərin ruhuna dualar oxundu, məzarlarına baş çəkildi, əzizlərinə başsağlığı verildi. Həmçinin bütün ölkədə də Anım Günü ilə əlaqədar ən yüksək səviyyədə müxtəlif tədbirlər keçirildi.
Tədbirlərdən birində iştirak edən Abşeron səhiyyə şöbəsinin müdiri Mehriban Qaralova başdan ayağa qırmızıya bürünərək gəlib. Bu isə sosial şəbəkədə xeyli müzakirələrə səbəb olub. Bu haqda telejurnalist Rövşanə Ağasəfqızı “Facebook” hesabında paylaşım edib:
“Anım gününə gəlib...bəxtəvər ayaqqabısını,maskasını da tutuşdurub e...görən day nəyi qırmizidir rəngdədir..... Beləsi vəzifədə oturub camaata ağıl da öyrədir..”.
Qeyd edək ki, sabiq baş prokuror Zakir Qaralov Mehriban Qaralovanın əmisi, keçmiş deputat Zahid Qaralov isə atasıdır.