Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Valideynin universitetdə nə işi var? Evlənəndə də yanında olacaqlar? - Deputat əsəbiləşdi

“Valideynin universitetdə nə işi var? Evlənəndə də yanında olacaqlar? - Deputat əsəbiləşdi

Xəbər verdiyimiz kimi, bu gün yuxarı sinif şagirdləri və tələbələr üçün əyani tədris bərpa olunub. Amma əyani dərslərin başlaması bir sıra problemlərə də yol açıb. Belə ki, universitet girişlərində tələbələrdən vaksin pasportunun tək-tək yoxlanılması ciddi sıxlıqlara səbəb olub. Hətta bəzi tələbələrin öz valideynləri ilə birlikdə gəlməsi problemi daha da ciddiləşdirib."Valideynin universitetdə nə işi var? Mən də kənddən gəlmiş bir uşaq olmuşam, özü də həmin vaxt atam da, anam da Bakıda idi. Amma onlar mənimlə getmədilər, heç universitetimin harada olduğunu da bilmədilər, atam oranı bitirmişdi, anam heç ölənə qədər universitetimin yerini bilmədi. Çünki mən oturdum taksiyə, Bakı Dövlət Universitetinə gəldim, sənədlərimi verib qayıtdım. Sonra da gəlib imtahanımı verdim, məni çöldə qarşılayan da olmadı. Mən Yusif İldırımzadə ilə bir qəbul olmuşdum, onun da arxasınca gələn yox idi. O da özü gəlmişdi. Yəni valideyn oraya nəyə gəlir? Valideyn universitetə girib? Olmaz axı, valideynsən, otur evində, qoy özü getsin. Uşaq deyil ki, 18 yaşlı tələbədir. Onun evlənmək hüququ var. Evlənəndə də anası, atası yanında olacaq? İndi ola bilər ki, bəzən qızların valideynləri narahat ola bilər, amma oğlan uşağının valideyni nəyə gəlir? Belə olmaz, valideynlər diqqətli olmalıdırlar”.