Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Yalnız ailəvi insanlar kinoteatrlarda yanaşı otura bilər" - Yeni qaydalar

"Yalnız ailəvi insanlar kinoteatrlarda yanaşı otura bilər" - Yeni qaydalar Oktyabrın 1-dən etibarən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə teatr və kinoteartların fəaliyyətinə icazə verilir.   Trend-in kinoteatrların izləyiclərini hansı qaydada qəbul edəcəyi haqqında suallarını Nizami Kino Mərkəzi, "CinemaPlus" və "Park Cinema"nın mətbuat katibləri cavablandırıb.   "CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirib ki, kinoteatrlarda qiymətlərin artıb-artmayacağı müzakirələrdən sonra məlum olacaq. Ara məsafəsi mütləq tətbiq ediləcək. Yalnız ailəvi gələn adamlar bir yerdə oturacaqlar: "Vətəndaşlarımız biletləri həmişəki kimi onlayn və kassadan ala biləcəklər. Kinoteatrlarımızda maska taxmağa gəlincə isə foyedə və dəhlizdə mütləq maska taxılmalıdır. Zalda isə maska taxmaq lazım deyil.   Bildiyiniz kimi, bizim kinoteatrların əksəriyyəti iri ticarət mərkəzlərində yerləşir. Buna görə də kinoteatr əməkdaşları COVİD pasportlarını yoxlamayacaq. Çünki ticarət mərkəzlərinin əməkdaşları içəri yalnız COVİD pasportu olanları buraxırlar. Bəzi kinotetrlarımız var ki, ticarət mərkəzlərindən kənarda yerləşir. Belə halda, mütləq şəkildə COVİD pasportları yoxlanılacaq.   "ParkCinema" kinoteatrlar şəbəkəsinin mətbuat katibi Rüstəm Fətəliyev isə qeyd edib ki, vətəndaşlarımızı düşündürən suallardan biri də biletlərin qiymətinin necə olacağıdır: "Biletlərin qiymətinin necə olacağı barədə müzakirələr gedir. Qiymət barədə cədvəli bu gün, ya sabah saytımızda yerləşdirəcəyik.