Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Oktyabr ayında hava necə olacaq?

Oktyabr ayında hava necə olacaq?

2021-ci il oktyabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına görə, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq.

 

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-17 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16, gündüzlər 17-22, bəzi günlərdə 25 dərəcə olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 26-40 mm) olacaq.                          

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 13-16 dərəcə olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 8-13, gündüzlər 18-23, bəzi günlərdə 26-28 dərəcə olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma  19-32 mm) olacaq.            

Şərqi Zəngəzur və Qarabağ bölgəsində havanın orta aylıq temperaturunun 9-12 dərəcə olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8, gündüzlər 9-14, dağlıq ərazilərdə gecə 3-8 şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 49-56 mm) olacaq.                          

Qazax- Gəncə zonasında  havanın orta aylıq temperaturunun 14-16 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 9-14, gündüzlər 16-21 dərəcə olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan (norma  31-61 mm) bir qədər çox olacaq.

Balakən-Şəki zonasında havanın orta aylıq temperaturunun 11-14 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10, gündüzlər 13-18, bəzi günlərdə 20 dərəcə isti, dağlarda gecə 1-5, bəzi günlərdə 2-6 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-126 mm) olacaq.

Mərkəzi-Aran zonasında havanın orta aylıq temperaturunun 15-17 dərəcə olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 11-16, gündüzlər 17-22, bəzi günlərdə 25 dərəcə olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-46 mm) olacaq.

Lənkəran- Astara zonasında havanın orta aylıq temperaturunun 11-16 dərəcə olacağı gözlənilir ki, bu da iqlim norması daxilndədir. Gecələr havanın temperaturu 10-15, gündüz 17-22, bəzi  günlərdə 25, dağlarda gecə 3-7, gündüzlər 7-12 dərəcə olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər cox (norma 96-274 mm) olacaq.