Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Erməni yalanlarının ifşa “Karabakh” səhifəsinin 1 İLİ TAMAM OLDU

Erməni yalanlarının ifşa “Karabakh” səhifəsinin 1 İLİ TAMAM OLDU

Sosial şəbəkələrdə erməni yalanlarının ifşası məqsədi ilə fəaliyyət göstərən “Karabakh” və “Karabakh.ru”səhifələrinin yaradılmasının 1 ili tamam olur

 

Azərbaycan həqiqətlərinin, Ermənistanın dövlət səviyyəsində ölkəmizə qarşı apardığı terror siyasətinin, həmçinin 44 günlük Vətən Müharibəsi zamanı döyüş meydanlarında şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərin qanı, qazilərimizin isə sağlamlıqları hesabına qazandığı tarixi zəfəri sosial şəbəkələr vasitəsi ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm işlər görən “Karabakh” və “Karabakh.ru” səhifələrinin yaradılmasından bu gün 1 il ötür. “İnstagram”, “Facebook”, eləcə də “Twitter”də yaradılan bu səhifələr əsasən rus və ingilis dillərində hazırlanan postlar və məlumatlar vasitəsi ilə xarici ölkə vətəndaşlarını “ancaq həqiqət” devizi altında dolğun informasiyalarla təmin edir. “Karabakh” və “Karabakh.ru”səhifələrinin təşəbbüsü ilə müharibə dövründə üzərində“Qarabağ Azərbaycandır” şuarı olan promo avtomobillərin dəfələrlə London və Berlin küçələrində hərəkəti təşkil edilib bu məsələyə avropalıların diqqətinin cəlb edilməsinə nail olunub.Qeyd edilən səhifələrin təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı mənzil qərərgahının önündə ABŞ-da yaşayan həmyerlilərimizin iştirakı ilə dinc aksiya da keçirilib. Aksiyanın məqsədi işğaldan azad edilmiş bölgələrdə Ermənistanın uzun illər ərzində basdırdığı minalar haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaq olub.

 

Qeyd edək ki, “Karabakh” və “Karabakh.ru” səhifələrinin layihə rəhbərləri A.Cahid, E.Əliyev və V.Məhərrəmovun təşkilatçılığı, eləcə də peşəkar komandanın fəaliyyəti nəticəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı günü, 20 Yanvar, Xocalı, Ballıqaya, Ağdaban, Başlıbel, Bağanıs-Ayrım,Qaradağlı faciələri, həmçinin Ermənistanın Vətən Müharibəsi zamanı dinc əhaliyə qarşı törətdiyi qanlı cinayətlər barədə mütəmadi paylaşımlar edilir və sosial şəbəkələrdə xarici ölkə istifadəçiləri bu barədə məlumatlandırılır. Həmin səhifələr vasitəsi ilə uzun illər davam etmiş Dağlıq Qarabağ münaqişəsinin başlama səbəbləri, 22 fevral 1988-ci ildə Əsgəran şəhərində ermənilərin separatçı çıxışlarına etiraz etdikləri üçün qətlə yetirilən Azərbaycan vətəndaşları Bəxtiyar Quliyev və Əli Hacıyev barədə rus və ingilis dillərində məlumatlar yerləşdirilərək sosial şəbəkə istifadəçiləri münaqişənin tarixibarədə məlumatladırılır.  
 

“Karabakh” və “Karabakh.ru” səhifələri bundan sonra da ölkəmizə qarşı yönəlmiş qüvvələrə layiqli cavablar verməkdə və erməni yalanlarının sosial şəbəkələrdə ifşasını qətiyyətlə davam etdirəcəkdir.