Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iki gün öncə təmir edilərək təhvil verilən yol yenidən qazılıb.
AZXEBER.COM xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində iki gün əvvəl təmiri başa çatan yol yenidən qazılıb. Bu barədə tanınmış jurnalist Pərviz Musayev paylaşım edib.
Nəticədə sözügedən ərazidən üçüncü mikrorayan dairəsi adlanan əraziyə qədər və dairədan Ceyhun Səlimov keçəsinə tərəf olan istiqamətlərdə səhər saatlarından etibarən tıxac yaranıb.
Maraqlı olan məqam isə AAYDA yolu iki gün əvvəl təhvil verərkən ərazidəki bütün
kommunikasiya xətlərinin yenilənməsi işlərinin oktyabr ayının 5-də tam olaraq yekunlaşdırıldığını açıqlamasıdır.
AAYDA-nın sözcüsü Anar Nəcəfli hadisə ilə bağlı deyib ki, yolun qazılmasına səbəb qəza olub:
"Ye
nicə əsaslı təmirdən çıxmış Nəsimi rayonu, Ceyhun Səlimov küçəsinin yan yolunun altından keçən elektrik xəttində qəza baş verib. Təəssüflər olsun ki, yolun hərəkət hissəsinin qazılması məcburiyyəti yaranıb. Hazırda aidiyyəti qurum tərəfindən qəza aradan qaldırılır.
Küçənin təmiri zamanı əlaqələndirmə olmasaydı qaz, su və istilik xəttləri yenilənməzdi".