Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Sağlam arıqlamağın SİRRİ

Sağlam arıqlamağın SİRRİ

Səhv qidalanma pəhrizin, yorucu məşqlərin və arıqlama dərmanlarının təsirini ləğv edə bilər.

Bu sözləri Moskva Dövlət Universiteti klinikasının endokrinoloqu, tibb elmləri namizədi Zuxra Pavlova deyib.

Həkim bildirib ki, səhər yeməyində zülaldan imtina etmək yağ artımına səbəb ola bilər. O, Teleqram kanalında 4 ayda ümumi çəkisi 151 kq olan və 7,4 kq arıqlaya bilən bir xəstənin hekayəsini paylaşıb. Pavlova qeyd edib ki, xəstə səhər yeməyində zülalları dayandıran kimi 5 kiloqram əzələ kütləsi itirib və əvəzində piy toplanıb:

 

“Yadda saxlamanızı xahiş edirəm: hər yeməkdə protein qəbul edin. Yumurta istəmirsinizsə, kəsmik yeyin, kəsmik istəmirsinizsə, bir tikə qaynadılmış toyuq yeyin”.

Pavlova vurğulayıb ki, məqsədiniz arıqlamaq deyil, kökəlməkdirsə, zülallar sıyıqla əvəz olunmalıdır. Onun fikrincə, ideal səhər yeməyi həm də bitki lifindən ibarət olmalıdır: xiyar, pomidor və ispanaq və s.

publika.az