Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - RƏSMİ AÇIQLAMA

Son iki ildə Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb.  

Bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.  

Qeyd edilib ki, suçiçəyi xəstəliyi isə bir neçə müəssisədə (12 ümumtəhsil məktəbdə və 1 uşaq bağçasında) bir-iki hadisə olmaqla müşahidə edilib:  

"Xəstəliyin xüsusi pandemiya şəraitində ağırlaşmaması üçün uşaq müəssisələrində uşaqların səhər qəbulu zamanı tibbi baxışların aparılması, sanitariya gigiyena qaydalarının və əks-epidemik rejimin gözlənilməsi vacibdir".