“Azərbaycanda yeni doğulanlar arasında koronavirusa yoluxma halları var”.
SHOWNEWS.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov canlı yayımda bildirib.
O qeyd edib ki, yenidoğulmuşlar arasında COVID-19-u ağır keçirənlərə də rast gəlinir. Lakin uşaqlar böyüklərə nisbətən bu virusu daha yüngül keçirirlər.