Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Koronavirus xəstəsi metroda tutuldu - “Hava alırdım”

Koronavirus xəstəsi metroda tutuldu - “Hava alırdım”

Metronun “Avtovağzal” stansiyasında aktiv koronavirus xəstəsi, 1982-ci il təvəllüdlü Eldam Hüseynov saxlanılıb.

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Feysbuk hesabında paylaşım edib.

“Deyir, hava almağa çıxmışdım. Bu əməlin adı cinayətkarcasına özünəgüvənmədir, etinasızlıqdır.

 

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir”, - DİN rəsmisi qeyd edib.