Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanda daha iki müəllim koronavirusdan vəfat etdi - direktor karantinə alındı

Azərbaycanda daha iki müəllim koronavirusdan vəfat etdi - direktor karantinə alındı

1 saylı Mingəçevir şəhər tam orta məktəbinin ibtidai sinif müəllimi Mətanət Nəsibova koronavirus səbəbindən dünyasını dəyişib.

 

Bu barədə Trend-ə Mingəçevir Şəhər Təhsil Şöbəsindən məlumat verilib.

Məlumata görə, 13 nömrəli orta məktəbin direktoru Tünzalə Seyidova isə virusa yoluxub və hazırda karantindədir.

 

Mingəçevirdə yerləşən Ağdam rayon 74 saylı orta məktəbin ibtidai sinif müəllimi Abışova Raya Məcid qızı da COVİD-19 səbəbindən dünyasını dəyişib.

 

Bundan başqa Mingəçevir Şəhər Texniki Humanitar Liseyi isə koronavirusa yoluxmalar səbəbindən distant formada təhsilə keçib.